Cəmiyyət

Şəki zəlzələdən sonra - VİDEO

4 Sentyabr 2015 13:17
5 Şərh     Baxış: 5 460
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Şəkidə baş verən yeraltı təkanların təsiri hündür mərtəbəli binalarda daha çox hiss olunub.

Milli.Az Kanal S-ə (Region TV) istinadən  xəbər verir ki, zəlzələ baş verən zaman şəhərin müxtəlif yerlərində reportaj hazırlayan çəkiliş qrupları əhalinin təşviş içində evlərini tərk etməsinin şahidi olublar. İnsanlar bir neçə saat ərzində evlərinə qayıtmağa ehtiyat ediblər.

Şəkidə baş verən zəlzələ fəsadsız ötüşməyib. Yeraltı təkanlar nəticəsində Şəkinin qədim qala divarlarında müəyyən zədələr qeydə alınıb. Bu barədə "Kanal S"ə daxil olan məlumat əsasında çəkiliş qrupu əraziyə yollanıb. Qala divarlarının bəzi yerlərində xırda çatlar yaranıb, hətta bəzi daşlar divardan qoparaq yerə düşüb. Zəlzələnin digər tarixi abidələrə zərər vurub-vurmaması ilə bağlı araşdırma aparılır. 

Zəlzələ nəticəsində rayonun Turan qəsəbində 40-dan çox yaşayış evinə ciddi ziyan dəyib. Hazırda Fövqəladə Hallar Nazirliynin Qəbələ Regional Bölməsinin əməkdaşları ərazidədir. Eləcə də, Şəki Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının məsul əməkdaşları da əraziyə yollanıblar. Rəsmilər vəziyyəti yerində dəyərləndirirək dəyən ziyanın həcmini müəyyənləşdirməyə çalışırlar. Qeyd edək ki, zəlzələnin episentri Turan kəndində olub. Episentrdə 7 bal gücündə qeydə alınınan zəlzələ ətraf rayonlarda 5-6 bala qədər hiss olunub. 

Milli.Az

Videoları izləmək üçün şəkillərə klikləyin.​

фото

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.