Cəmiyyət

Uşaq oxudan valideynlərə bəd xəbər

6 İyul 2015 10:57
16 Şərh     Baxış: 8 840
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bakı Tikiş Evi"nin orta məktəb şagirdləri üçün satdığı geyimlərin qiymətlərinin bahalaşdırılması nəzərdə tutulur.

"Bakı Tikiş Evi"nin Satış şöbəsinin rəisi Etibar Əzimovun Trend-ə verdiyi məlumata görə, geyimlərin satış qiymətinin nə qədər bahalaşdırılacağı ilə bağlı qərar yaxın günlər ərzində açıqlanacaq:

"Hələlik qiymətlərin nə qədər olacağı dəqiqləşdirilməyib. Hazırda bu məsələ araşdırılır".

BTE-dən bildirilib ki, qiymətlərin bahalaşdırılmasının əsas səbəbi isə materialların Türkiyədən dollarla alınması və dolların da məzənnəsinin yüksəlməsidir.

"BTE məktəbli dünyası" Filialından isə Trend-ə bildirilib ki, Azərbaycanda dolların manata nisbətdə məzənnəsinin dəyişməsi prosesi başlayandan sonra geyimlərin qiymətlərində artıq artım müşahidə edilib.

Hazırda I-VI sinif şagırdləri üçün bir dəst geyimin qiyməti 46, VII-XI sinif şagırdləri isə 56 manatdır. Bu artımlara qədər isə I-VI sinif şagırdləri üçün bir dəst geyimin qiyməti 40, VII-XI sinif şagırdləri isə 52 manat olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.