Cəmiyyət

Bəzi yerlərdə zəif duman olacaq

13 Mart 2015 00:05
6 Şərh     Baxış: 2 269
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün ölkə ərazisində mülayim hava şəraiti müşahidə olunacaq

Martın 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, cənub küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 2-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir. Bakıda gecə 3-5° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcək.

Tibbi meteoroloji proqnoza görə, martın 13-15-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Naxçıvan Muxtar Respublikasında axşama doğru arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 12-17° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında axşama doğru arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, arabir güclənəcək. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, bəzi yerlərdə 15° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında axşam arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Temperaturun gecə 0-5° isti, gündüz 11-16° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında axşam doğru arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Temperaturun gecə 1-4° isti, gündüz 8-13° isti, bəzi yerlərdə 16°-dək isti, dağlarda gecə 1-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gün ərzində, əsasən, yağmursuz, gecəyə doğru bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Temperaturun gecə 0-5° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Səhər dağlarda duman olacaq, şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Temperaturun gecə 2-5° isti, gündüz 10-15° isti, bəzi yerlərdə 17°-dək isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.