10:02
"Bakıda ən yaxşı, keyfiyyətli eskort xidmətlərini təklif edirik. Cazibədar və gözəl xanımlar sizi müşayiət edəcək, maraqlı və şən söhbətləri ilə vaxtınızı rahat keçirməyinizə şərait yaradacaqlar. Seçdiyimiz xidmətlər qüsursuz, təklif etdiyimiz xanımlar gözəldir. Bu xanımlar gözəl görünürlər, seksual, zərif, məntiqli, ağıllı və şəndirlər. Onlar istənilən situasiyada istənilən çətinliyin öhdəsindən gələ bilirlər".
"Baku Escort" saytı "Exclusive Baku Escorts" sloqanı ilə potensial müştərilərinə "eksklüziv xidmətlər" təklif edir.
Milli.Az bildirir ki, "Eskort xidmət" adlandırılan bu "servis" əslində əxlaqsızlıqdır və "maraqlı, məntiqli, cazibədar" kimi təqdim edilən xanımlar da fahişələrdir.
"İntim-servis"i üstüörtülü şəkildə təklif edən sayt əslində insan alveri, qadınların fahişəliyə cəlb olunması, vücudların satışa çıxarılması ilə məşğul olur.
Saytın sadəcə, ilk səhifəsi mövcud olduğundan onu hansısa veb-dizaynerin çox uğursuz "zarafat"ı da saymaq olardı. Fəqət sosial şəbəkələrdəki müzakirələrin intensivliyini nəzərə alsaq, hüquq-mühzafizə orqanlarının bu saytın yaranma prosesi ilə məqsədlərini araşdıracağına ümid edirik.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.----------
11:21

















----------
10:02

