Ölkə

Avtobus sürücüsü sükan arxasında pivə içib?

21 İyul 2025 21:52
Baxış: 585
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Avtobus sürücüsünün sükan arxasında spirtli içki içdiyi iddia olunur.

Milli.Az xəbər verir ki, görüntülər vətəndaşlardan biri tərəfindən çəkilib və "Xəzər Xəbər"in vatsap qaynar xəttinə göndərilib.

Məlumata görə, videonu çəkən Tacəddin Cəfərov iddia edir ki, içilən maye pivə olub. Hadisə iyulun 20-də 183 nömrəli marşrut avtobusunda baş verib. Vətəndaş bununla bağlı iradlarını sürücüyə və ona pivə süzdüyü iddia edilən şəxsə də bildirib.

Məlum olub ki, video çəkilən vaxt sükan arxasında olan sürücü İlham Həbibov olub. Bu gün o, yenidən eyni marşrutda iş başında idi.

Həmin şəxs iddiaları təkzib edib:

"Bəli, onu mən içmişəm. O kvas idi, spirtli deyildi. Bir sərnişin verdi mənə, mən də içdim. Bu adam da baxdı, qışqırdı ki, guya pivədi". 

İlham Həbibovun sözlərinə görə, hadisədən sonra vətəndaş Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub. 30-cu polis bölməsində onun ifadəsi alınıb. 

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə də əlaqə saxladıq. İdarənin bölmə rəisi Toğrul Nəsirli bildirdi ki, görüntülər araşdırılır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.