Cəmiyyət

Aylıq normanın 87 faizi bir gecədə yağdı - YENİLƏNİB

17 Sentyabr 2014 11:26
3 Şərh     Baxış: 2 761
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
11:26

Ötən gecə Azərbaycanın şimal və qərb rayonlarında bir gecə ərzində düşən yağıntının miqdarı aylıq normanın 87 faizini təşkil edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 16-sı axşam şimal və qərb rayonlarından başlayaraq, ölkə ərazisində hava şəraiti kəskin dəyişib.

Sentyabrın 17-si səhərədək bəzi yerlərdə şimşək çaxıb, əksər rayonlarda leysan xarakterli yağış yağıb, əsasən şimal və qərb rayonlarında daha da intensiv və güclü olub. Düşən yağıntının miqdarı 18-33 mm-ə çatıb.

Ayrı-ayrı rayonlarda güclü şimal-qərb küləyi əsib.


----------
09:26

Əlverişsiz hava şəraiti nəticəsində rayonda elektrik enerjisi kəsilib


Bu gecə Bərdə rayonunda leysan xarakterli yağış yağıb.

ANS-in verdiyi məlumata görə, külək və ildırım çaxması ilə müşayət olunan leysan təqribən yarım saat davam edib.

Leysan rayonun elektrik təssərrüfatına ciddi ziyan vurub.

Belə ki, Bərdə şəhərinə və rayonun bir neçə yaşayış məntəqəsinə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Küləyin evlərin dam örtüklərini və ağacları aşırması halları isə müşahidə olunmayıb.

Qeyri-sabit hava şəraiti gecə saat 1-ə qədər davam edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.