Cəmiyyət

Səlim Müslümov 5 rayonun sakinləri ilə görüşəcək

21 Avqust 2014 10:48
Baxış: 1 164
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov avqustun 29-da saat 10:00-da Nazirliyin Gədəbəy Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin (ƏSMM) inzibati binasında bu rayonun və Şəmkir, Tovuz, Qazax, Ağstafa rayonlarının sakinlərini qəbul edəcək. Trend-in məlumatına görə, vətəndaşlar [email protected] elektron poçt ünvanı, (012) 596-44-07 (Nazirliyin ümumi şöbəsi), (022) 326-00-08 (Gədəbəy rayon ƏSMM), (022) 305-34-82 (Şəmkir rayon ƏSMM), (022) 315-34-36 (Tovuz rayon ƏSMM), (022) 295-13-31 (Qazax rayon ƏSMM), (022) 225-22-42 (Ağstafa rayon ƏSMM) telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Şəmkir, Tovuz, Qazax, Ağstafa rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Gədəbəy rayonuna aparılıb-gətirilmələri təmin ediləcəkdir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.