Azərbaycanın idman ictimaiyyətinə ağır itki üz vermişdir. Görkəmli idman xadimi, məşhur futbolçu, SSRİ əməkdar idman ustası, SSRİ-nin əməkdar məşqçisi, dörd dəfə SSRİ çempionu, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Dövlət Neft Akademiyasının kafedra müdiri, professor Ələkbər Əmir oğlu Məmmədov ömrünün 85-ci ilində vəfat etmişdir.
Ələkbər Məmmədov 1930-cu il may ayının 9-da Bakı şəhərində anadan olmuşdur. O, 1952-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu və 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir.
Ələkbər Məmmədov 1948-1953-cü illərdə Bakının "Neftçi", 1954-1959-cu illərdə Moskvanın "Dinamo" və 1960-1962-ci illərdə yenidən Bakının "Neftçi" komandalarının tərkibində parlaq oyunları ilə məşhur futbolçu kimi tanınmışdır. O, 1958-ci ildə futbol üzrə ilk Avropa kuboku uğrunda seçmə yarışlarda SSRİ yığma komandasının heyətində çıxış etmiş, dünyanın iyirmidən artıq ölkəsinin stadionlarında əfsanəvi oyun nümayiş etdirərək futbolumuzun şərəfini yüksəklərə qaldırmış və Azərbaycan futbol məktəbini layiqincə təmsil etmişdir.
Ələkbər Məmmədov 1963-1965 və 1971-1972-ci illərdə "Neftçi" komandasının, 1993-cü ildə isə Azərbaycan yığma komandasının baş məşqçisi olaraq təqdirəlayiq fəaliyyət göstərmiş, respublikamızda gənc idmançıların hazırlanması və yüksək səviyyəli futbolçuların yetişdirilməsində müstəsna rol oynamışdır. O, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və Milli Olimpiya Komitəsinin icraiyyə komitələrinin üzvü idi.
İdman sahəsindəki səmərəli fəaliyyətini pedaqoji işlə uğurlu şəkildə əlaqələndirən Ələkbər Məmmədov uzun illər ərzində respublikanın müxtəlif ali məktəblərində çalışmış, sağlam ruhlu yeni nəslin yetişdirilməsinə töhfələr vermişdir.
Azərbaycan futbol tarixinə silinməz səhifələr yazmış Ələkbər Məmmədovun adı ölkəmizin idman salnaməsinə həmişəlik həkk olunmuşdur. Mənəvi-əxlaqi keyfiyyətləri və doğma xalqına dərin bağlılığına görə idman ictimaiyyəti onun şəxsiyyətinə hörmət və ehtiramla yanaşmışdır. Mahir futbolçunun nailiyyətləri həmvətənlərinin qəlbini daim qürur hissi ilə doldurmuşdur.
Ələkbər Məmmədov dünya futbolunun parlaq simalarından biri kimi Azərbaycanda futbolun inkişafı və təbliğində böyük xidmətlər göstərmişdir. Bütün həyatını futbola həsr etmiş mahir idmançı ömrünün sonunadək ona sadiq qalmış, öz fədakarlığı və peşəkarlığı sayəsində idman həvəskarlarının dərin rəğbətini qazanmışdır.
Ələkbər Məmmədovun Azərbaycanda idmanın, xüsusilə futbolun inkişafında və gənc nəslin təlim-tərbiyəsində xidmətləri yüksək qiymətləndirilmişdir. O, bir çox mükafatlar, orden və medallar almış, müstəqil Azərbaycan Respublikasının ali təltiflərindən olan "Şöhrət" ordeninə layiq görülmüşdür.
Görkəmli idman xadimi, əfsanəvi futbolçu, mahir pedaqoq və səmimi insan Ələkbər Əmir oğlu Məmmədovun əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Elçin Əfəndiyev
Mehriban Əliyeva
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
Azad Rəhimov
Mikayıl Cabbarov
Rövnəq Abdullayev
Ağacan Abiyev
Siyavuş Qarayev
Çingiz Hüseynzadə
Xəzər İsayev
Rauf Əliyev
Elşad Nəsirov
Yuri Kuznetsov
Kazbek Tuayev
Valeri Hacıyev
Mübariz Zeynalov
Yaşar Babayev
İqor Ponomaryov
İsgəndər Cavadov
X X X
Mərhumla vida mərasimi 2014-cü il avqust ayının 4-də saat 13.00-dan 15.00-dək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında (Fətəli xan Xoyski prospekti, 98) keçiriləcəkdir.
AzərTAc
Cəmiyyət
Azərbaycanın dövlət rəsmiləri Ələkbər Məmmədovun vəfatı ilə əlaqədar başsağlığı veriblər
2 Avqust 2014 00:31
Baxış: 2 267
DİGƏR XƏBƏRLƏR
- 10 il əvvəl və indi: xaricdən pul alma və "yuma"nın "seçki" pərdəsi – TƏFƏRRÜAT
- Günün qoroskopu: Süst və tənbəl olmayın
- Deputat yeni "möhtəşəm" müsahibə verdi - VİDEO
- Motosikletdə sıxılı vəziyyətdə qalan sürücü belə xilas edildi - VİDEO
- Paytaxtda sürücü atı maşının arxasına bağlayıb yol boyu apardı - VİDEO
- İşçi pozulmuş hüquqlarının bərpası üçün hara müraciət etməlidir?
XƏBƏR LENTİ
- Çingizdən ailə qurması ilə bağlı xəbərlərə REAKSİYA
- Bakıda 16 yaşlı qız itkin düşdü
- Talassemiyalı uşaqlara qarşı 1 milyon manatlıq dələduzluqla bağlı yeni İDDİA
- Ölkə kubokunda yeni rekord - VİDEO
- Tehran metrosunda DƏHŞƏT: Hər kəsin gözü qarşısında - VİDEO
- “Toya gedəndə imkan verin, yemək yeyək”
- Milyarderlər Baydenin yenidən prezident olmağına qarşıdırlar
- Bakıda bu yollarda tıxac var - SİYAHI
- Neftimiz BAHALAŞDI
- Hərbçimiz vəfat etdi
- Türkiyədə 120 nəfər qidadan zəhərləndi
- Bu ölkələr İsraildən ona görə qorxur ki... - Hakan Fidan
- Palmer Lemparda çatdı
- Nuradan QALMAQALLI SÖZLƏR: “Özlərini elə dartırlar, sanki...”
- Narkokuryerlərdən 15 kiloqram marixuana aşkarlandı
- Bu ölkələr İsraildən ona görə qorxur ki... - Fidan
- Putin və Si Cinpinin məhdud tərkibdə görüşü keçirilir
- Maaşın saat hesabı ilə ödənməsi işçiyə sərf edir?
- Bir-birilərini məhkəməylə hədələdilər! - Ağır ittihamlar
- Ruslar yenidən hərbi texnikalarını Belarusa göndərir
- Kürdəmirdə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb
- FHN-dən gül mağazasındakı yanğınla bağlı AÇIQLAMA
- Bakıda yolu keçən gənc qızı avtomobil vurub
- Yatmazdan əvvəl bunu etmək sağlamlığınıza zərər verə bilər - Həkim AÇIQLADI