Dünya bazarına çıxarılan narkotik vasitələrin 95 faizini əfqan narkotiki təşkil edir
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu müxtəlif növ narkotik vasitələrin "qara bazar"da topdan və pərakəndə satış qiymətini açıqlayıb.
APA-nın məlumatına görə, Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanan "Azərbaycan Respublikasında narkotiklərə nəzarət sahəsində 2013-cü il üçün ölkə məruzəsi"ndə qeyd edilir ki, 2014-cü il yanvarın 1-ə qədər "qara bazar"da 1 kq həşişin topdan satış qiyməti minimum 3 min dollar, maksimum 4 min dollar, 1 kq tiryəkin topdan satış qiyməti minimum 5 min dollar, maksimum 7 min dollar, 1 kq marixuananın topdan satış qiyməti minimum 6 min dollar, maksimum 8 min dollar, 1 kq heroinin topdan satış qiyməti isə minimum 15 min dollar, maksimum 20 min dollar olub.
"Qara bazar"da 1 kq həşişin pərakəndə satış qiyməti minimum 8 min dollar, maksimum 10 min dollar, 1 kq tiryəkin pərakəndə satış qiyməti minimum 10 min dollar, maksimum 15 min dollar, 1 kq marixuananın pərakəndə satış qiyməti minimum 10 min dollar, maksimum 15 min dollar, 1 kq heroinin topdan satış qiyməti isə minimum 40 min dollar, maksimum 60 min dollar təşkil edib.
Heroinin pərakəndə satış qiymətinin çox yüksək olması isə təsadüfi deyil.
Məruzədə qeyd edilib ki, son illər Avropada narkotik istifadəçiləri daha çox heroin və kokaindən istifadə edirlər. 2010-2011-ci illərdə Avropa ölkələrində narkotik vasitələrin dövriyyəsində bir sıra dəyişikliklərin baş verməsi nəticəsində "qara bazar"da heroin çatışmazlığı müşahidə olunur. Buna səbəb həm də Əfqanıstanda əkin sahələrinin yararsız hala düşməsi olub.
Lakin 2012-ci ildə bu sahələrin yenidən münbitləşməsi nəticəsində heroin və kokainin Avropa bazarına daşınması kütləvi hal alıb. Əfqanıstanda bu cür əkin sahələrinin ərazisi hazırda 131 min hektardır. Bu isə 2011-ci ilə nisbətən 11 faiz çoxdur. Ümumiyyətlə, dünya bazarına çıxarılan narkotik vasitələrin 95 faizini əfqan narkotiki təşkil edir. Cənubi-Şərqi Asiya ölkələrində (Laos, Myanma və Tailand) isə bu cür əkin sahələri 43 min hektardır. Son illər bu ölkələrdə narkotik bitkilərin becərildiyi əkin sahələri 2 dəfə artıb.
Əfqanıstandan sonra Latın Amerikası ölkələri (Boliviya, Peru, Kolumbiya, Ekvador) heroin və kokainin yayılmasında geniş yer tutur. Bu bölgədə daha çox kokain yetişdirilir. Bu da hazırda dünya bazarında heroin və kokainin daha çox yer tutduğunu göstərir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
- Günün qoroskopu: Alış-verişdə iri məbləğin xərclənməsini təxirə salın
- Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI - VİDEO
- Saxta pullarla insanları aldatma halları artır - VİDEO
- İki övladı ilə birlikdə 14 gündür itkin düşən qadın niyə evdən qaçıb? - VİDEO
- Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir keçirilib - VİDEO
- Azərbaycanlı şair vəfat etdi - FOTO
XƏBƏR LENTİ
- Bu 3 sualı kişilərə verməməlisiniz: Münasibətinizi məhv edəcək
- İki il sonra yeni mövsümü çəkiləcək
- İlqarə uzun müddət sonra səhnəyə çıxacaq - FOTO
- Azərbaycanlı MMA döyüşçüsü Həbibin qohumunu nokaut etdi - VİDEO
- Orqanizmi qalxan kimi qoruyan RESEPT
- Çingiz Mustafayevin ailə qurduğu xanım görün kim imiş - FOTO
- Hizbullah İsrail ordusunun qərargahına hücum etdi
- Mirzoyan Kassislə görüşdə Bakı ilə danışıqlardan söz açdı
- Dünyanın ən gözəl idmançısı geyimi ilə heyran etdi - FOTOlar
- Renatın komandası “Beşiktaş”la oyunda qələbəni əldən verib - 90+7-ci dəqiqədə
- Günün qoroskopu: Alış-verişdə iri məbləğin xərclənməsini təxirə salın
- Ölümü ilə hamını yandıran aktrisa - Hər şeyi səhnəyə qurban verdi
- Bu tapıntı Misirdəki piramidaların sirrini aça bilər
- Bricit bacarıqsız Makrondan bezdi, işə başlayır – Deyli Meyl
- Bu məşhur şirkət Rusiya bazarını tərk edir
- Tiflisdə Rusiya bayrağı yandırıldı
- Ukrayna ilə bağlı sülh konfransının məqsədi budur - Lavrov
- Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür: Ailəsi DANIŞDI
- Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI - VİDEO
- Rusiyanın bu vilayətində partlayışlar baş verdi
- Ukrayna daha bir Su-25-i məhv etdi
- NTD-İNDİQO bürünc medalçı olub - VİDEO
- Paris Hilton öz yalanını üzə ÇIXARDI – FOTOlar
- Moskvada “Bolşoy Teatr”da həyacanlı anlar: min nəfər təxliyə edildi - VİDEO