Cəmiyyət

Baş Ələt stansiyasında obyekt mülki müdafiə məşqi keçirildi - FOTO

18 Aprel 2014 12:58
Baxış: 976
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Azərbaycan Dəmir Yolları" QSC-nin 2014-cü ildə MM tədbirlər planına müvafiq olaraq, 18 apreldə Baş Ələt stansiyasının ərazisində "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin idarə edilməsi" mövzusunda növbəti kompleks obyekt mülki müdafiə məşqi kecirilmişdir.

QSC-dən Trend-ə verilən məlumata görə, bununla əlaqədar olaraq stansiyanın rəhbər işçiləri, Fövqəladə Hallar Komissiyasının üzvləri, MM qüvvələri və şəxsi heyəti, stansiya ərazisində yerləşən digər dəmir yolu müəssisələri işçiləri məşqə cəlb olunmuşdur.

Məşqin əsas məqsədi fövqəladə hallar zamanı stansiyanın MM planlarının reallığını əks etdirmək, mövcud xəbərdarlıq sxemi əsasında MM qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsi, hadisə yerinə göndərilməsi, yaranmış vəziyyətin qiymətləndirilməsi, hadisə yerindən məlumatların toplanması, obyekt rəhbərinin, MM qüvvələrinin fasiləsiz və düzgün idarə olunması bacarığının təkmilləşdirilməsi, dəyəcək ziyanın müəyyən qədər azaldılmasının hərtərəfli dərindən təhlil edilməsi idi.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Hərəkətin təhlükəsizliyi üzrə baş texniki müfəttişliyinin təşkilatçılığı ilə keçirilən məşqdə stansiyanın obyekt rəhbərləri və Fövqəladə Hallar Komissiyasının üzvləri, MM qüvvələri iştirak edirdlilər.

Hazırlıq işləri "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Qurban Nəzirovun şəxsi nəzarəti ilə yüksək səviyyədə həyata keçirilmişdir.

Baş Ələt stansiyasının ərazisində keçirilən obyekt məşqi həyəcan siqnalının verilməsi ilə başladı. Rəhbər işçilər qovşaq Mülki Müdafiə Qərargahı rəhbərinin yanında toplandılar. Qərargah rəhbəri, stansiyasının rəisi İqbal Nəcəfov məlumat verdi ki, şərti olaraq səhər saatlarında yağan güclü leysan nəticəsində yolları su basmış, stansiyanın girişində yolu torpaq yatağı yuyulduğundan vaqonlar relsdən çıxmış, neftlə yüklü vaqon aşmış və neft məhsulları əraziyə dağılmışdır. Hadisə nəticəsində stansiyanın binalarında çatlar əmələ gəlmiş, inzibati binada qısa qapanma nəticəsində yanğın baş vermişdir. İşçilər arasında müxtəlif dərəcəli xəsarət alanlar və yaralananlar vardır. Stansiyada xidməti binaların bəzi sahələrində uçqunlar olmuşdur.

Məşq rəhbəri təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün MM qüvvələrinə müvafiq göstərişlər verdi. Növbəti yarana biləcək vəziyyətdə məşq iştirakçılarının vəzifələri dəqiqləşdirildi.

İctimai asayişi mühafizə manqası ərazini dərhal çəpərlədi və postlarda dayanaraq əraziyə kənar şəxslərin daxil olmaması üçün tədbirlər gördülər. Səsgücləndirici vasitəsi ilə 1-2 dəqiqə ərzində "Yanğın həyəcanı" siqnalı verildi.

Kəşfiyyat manqası müxtəlif istiqamətlərdən əraziyə daxil olaraq 3-4 yerdən nümunələr götürüb yoxladıqdan sonra manqa komandirinə, manqa komandiri isə öz növbəsində nəticələri MM rəhbərinə məruzə etdi.

Müvəqqəti rabitə bərpa edildi.

Bərpa manqası əraziyə yaxınlaşaraq bərpa işlərinə başladı. Yanğın tamam söndürüldü. Bərpa işləri başa çatandan sonra hər bir manqa komandiri MM Qərargahı rəhbərinə məruzə etdi.

Təlimdən sonra keçirilən müşavirədə Hərəkətin təhlükəsizliyi üzrə baş texniki müfəttişliyin MM üzrə texniki inspektoru İsa Xudiyev çıxış edərək stansiyada MM qüvvələrinin hazırlıq vəziyyətinin qənaətbəxş olduğunu bildirdi və aktiv iştiraka görə hər kəsə minnətdarlıq etdi.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.