Cəmiyyət

Bakı-Sumqayıt yolunda yenə xaos

9 Aprel 2014 10:42
0 Şərh     Baxış: 815
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xırdalan dairəsində sürücülər hərəkət istiqamətinin əksinə gediblər, sərnişinlər isə avtobuslardan düşərək piyada getməyə məcbur olublar

Bu gün səhər saatlarından etibarən Bakı-Sumqayıt yolunda dəhşətli tıxac yaşanıb.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, Sumqayıtdan Bakı istiqamətində, Xırdalan qəbristanlığı ətrafında, Masazır yolunda, o cümlədən, Biləcəri qəsəbəsindən, Avtovağzala gedən yolda, eləcə də, "20 Yanvar" istiqamətində avtomobillərin hərəkəti, demək olar ki, dayanıb.

Xırdalan dairəsində sürücülər hərəkət istiqamətinin əksinə gediblər. Sərnişinlər isə avtobuslardan düşərək piyada getməyə məcbur olub.

Bir tərəfdən avtomobillərin havaya buraxdığı zəhərli tüstü, bir tərəfdən sürücülərin səsgücləndirici siqnallardan istifadə etməsi böyük gərginlik yaratmışdı. Yol polisləri də yaranmış dəhşətli mənzərənin əlində aciz qalmışdılar. Çünki avtomobillərin çoxluğu ilə yanaşı yollarda gedən təmir-tikinti işləri, eləcə də, səriştəsiz sürücülərin hərəkətləri yolun bağlanmasına səbəb olmuşdu.

Məsələ ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin anspress-ə açıqlamasında Bakı-Sumqayıt yolunda həmişə tıxac olduğunu etiraf edib.

"Onsuz da həmin ərazidə həmişə avtomobil sıxlığı müşahidə olunur. Lakin bu gün həmin istiqamətdə tıxac olması barədə məlumat yoxdur. Bəlkə, hansısa avtomobil xarab olub, yaxud da, qəza baş verib. Bu üzdən həmin yolda daha çox sıxlıq olub", - deyə K.Əliyev vurğulayıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.