Cəmiyyət

Gülər Əhmədovanın taleyində yeni dönüş

9 Aprel 2014 10:04
Baxış: 1 345
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprelin 11-də onun işinə yeni hakim baxacaq

Sabiq deputat Gülər Əhmədovanın apellyasiya şikayətinə aprelin 11-də, saat 15.00-da baxılacaq.

Milli.Az xəbər verir ki, bu barədə "Yeni Müsavat"a açıqlamasında G.Əhmədovanın vəkili Əfsər Talıbov bildirdi. Onun sözlərinə görə, prosesə hakim Əflatun Qasımov sədrlik edəcək. Buna səbəb daha öncə apellyasiya instansiyasında işə baxan hakim İlqar Murquzovun ilkin baxış qərarının Ali Məhkəmə tərəfindən tamamilə ləğv edilməsidir.

Xatırladaq ki, aprelin 1-də Ali Məhkəmədə Apelyasiya Məhkəməsinin ilkin baxış qərarından verilən şikayətə baxılıb və G.Əhmədovanın vəkilinin qaldırdığı vəsatətlər qismən təmin edilib. Ə.Talıbov dedi ki, məhkəmənin gedişində də bəzi əlavə vəsatətlər veriləcək.

Bu arada vəkil son günlər bəzi hüquqşünas həmkarlarının "Gülər Əhmədovaya bəraət verilməlidir, çünki ortada zərərçəkən yoxdur" tipli açıqlamalarına da münasibət bildirdi. Dedi ki, onlar ilk gündən bu məsələni qaldırıblar və sabiq deputatın günahsızlığı faktdır.
Müsahibimiz aprelin 11-də yenidən bu məsələni qaldıracaqlarını dedi.

Müsahibimiz hansı vəsatətlərin təmin olunması barədə əlavə şərh vermədi. "Yeni Müsavat" xatırladır ki, Ə. Talıbov Elşad Abdullayevin yaydığı videonun sübutlar siyahısından çıxarılması, Sevinc Babayevanın yazdığı mesajların sübutlar siyahına daxil olunması, əlavə şahidlərin dindirilməsi, Gülər Əhmədovanın istintaq zamanı verdiyi ifadənin tam mətninin elan olunması və sübutlar siyahısından çıxarılmasının müzakirə edilməsi, Elşad Abdullayevin gətirilərək ifadəsinin alınması, Səlcuq Ağlayanın və Ayxan Məmmədovun Türkiyə məhkəməsində verdikləri ifadələrin sübutlar siyahısına daxil edilməsi, Sevinc Babayevanın Türkiyədə olarkən Azərbaycanın prokurorluq orqanlarına ünvanladığı müraciətin sübutlar siyahısına əlavə olunması barədə vəsatətlər verib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.