Cəmiyyət

"AMAY Abdulla"nın həbsi ilə bağlı açıqlama

9 Aprel 2014 09:58
0 Şərh     Baxış: 1 356
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AMAY Ticarət Mərkəzinin rəhbəri Abdulla Abdullayevin həbsi ilə bağlı apellyasiya şikayəti verilib

Milli.Az bildirir ki, bu barədə "Axar.az"a iş adamının hüquqlarını müdafiə edən vəkil Əkbər Bağırov açıqlama verib.

Onun sözlərinə görə, müdafiə tərəfi A.Abdullayevə qarsı irəli sürülən ittihamları qanunsuz və əsassız hesab edir:

"Abdulla Abdullayev Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməyib və hec bir dövlət vəsaitini mənimsəməyib. Həmçinin, belə bir niyyəti də olmayıb".

Ə.Bağırov A.Abdullayevin həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməsi ilə bağlı informasiyaların yayılmasını onun Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasının pozulması kimi qiymətləndirib. Vəkil, həmçinin A.Abdullayevin həbsini qanunsuz saydıqlarını vurğulayıb.

Xatırladaq ki, A.Abdullayevin işi İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. İlkin araşdırma zamanı toplanmış sübutlar əsasında onun barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.