Cəmiyyət

Sənədsiz sürücülər saxlanıldılar - FOTO

8 Aprel 2014 18:58
0 Şərh     Baxış: 693
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dövlət Avtomobil Nəqliyyat xidmətinin Cəlilabad regional şöbəsinin əməkdaşları bu gün Cəlilabad rayonunda növbəti reydini keçirib. Milli.Az CTV-yə istinadən xəbər verir ki, reyd zamanı qanunsuz taksi fəaliyyəti ilə məşğul olan, habelə müvafiq lisenziyası olmadan yükdaşıma ilə məşğul olan iritonnajlı avtomobillərin sürücüləri saxlanılıblar.

Reyd zamanı Nəqliyyat Departamentinin əməkdaşlarının "saxla" əmrinə tabe olmayan sürücülər də oldu. Müvafiq sənədləri və fərqlənmə nişanları olmayan sürücülər saxlanılaraq barələrində inzibati protokol tərtib olundu, avtomobillər isə cərimə meydançasına aparıldı.

Dövlət Avtomobil Nəqliyyat Xidmətinin əməkdaşı Nazim Musayev bildirdi ki, bu günləri 50-dən yuxarı yük maşını, sərnişin fəaliyyəti məşğul olan mikroavtobuslar saxlanılıb: "Onların 25-i haqqında inzibati protokol tərtib etdik".
Daha sonra reyd Ələt-Astara magistralında davam etdirildi. Qeyd edək ki, reydlər yaxın vaxtlarda cənub bölgəsinin digər rayonlarında da təşkil olunacaq.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.