Cəmiyyət

Hansı eynəklərdən istifadə etmək məsləhətdir? - VİDEO

8 Aprel 2014 18:11
0 Şərh     Baxış: 1 117
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gün eynəklərinə tələbat artıb. Optik eynəklər satan İlqar Fərəcoğlu deyir ki, insanlar, əsasən, palaroid tipli eynəklərə üstünlük verirlər. Belə eynəklərin qiyməti isə 25 manatdan 150 manatadək dəyişir. Qiymət artdıqca keyfiyyət də artır. Milli.Az El TV-yə istinadən xəbər verir ki, Yevlax şəhər Mərkəzi Xəstəxanasının baş oftalmoloqu Məhəmməd Qoçuzadə bildirir ki, şüşə eynəklərdən istifadə daha məqsədəuyğundur. Plastmas eynəklər insan orqanizminə ziyan verir:
"Ucuz eynəklərdən qaçılmalıdır. İnsana başağrısı verə bilər, alın nahiyəsində ağrılar ola bilər".

Məhəmməd Qoçuzadə vətəndaşlara həkim məsləhəti əsasında eynək seçməyi məsləhət görür. Vətəndaşların isə bir qismi buna əməl edir. Bəziləri məsləhətsiz eynək seçirlər. Qeyd edək ki, son illər ozon təbəqəsindəki nazikləşmə həmin şüaların insan orqanizminə təsirini daha da artırır. Yayda gün altına eynəksiz çıxmaq isə məsləhət deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.