Cəmiyyət

Azərbaycanda yeni yol salınır

8 Aprel 2014 15:17
Baxış: 755
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Qəbələdə bir neçə kəndi birləşdirəcək yolun tikintisi davam edir. Layihə Prezident İlham Əliyevin Qəbələ rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncamına əsasən həyata keçirilir.

Milli.Az Kanal S-ə istinadən bildirir ki, artıq yolda son tamamlama işləri görülür. Mirzəbəyli-Çuxur Qəbələ-Dizaxlı-Çarxana yolunun istifadəyə verilməsilə rayonun 8 min əhalisinin yaşadığı 9 yaşayış məntəqəsi arasında rahat nəqliyyat əlaqəsi yaranacaq. Yolun tikintisi 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondunun maliyyə vəsaiti hesabına aparılır. 14,80 km uzunluğunda olan yolun aprel-may aylarında başa çatdırılması nəzərdə tutulur. Layihə çərçivəsində Çuxur Qəbələ və Dızaxlı kəndlərində 54 m uzunluğunda, 12 m enində iki körpü salınıb. Bununla da adıçəkilən kəndlərə gediş-gəlişdə mövcud problemlər aradan qalxıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.