Cəmiyyət

Bakıda ikimərtəbəli avtobuslar - FOTO

8 Aprel 2014 14:34
15 Şərh     Baxış: 2 943
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Paytaxt küçələrində ikimərtəbəli avtobuslar şütüyür.

Milli.Az Day.Az-a istinadən bildirir ki, bu avtobuslarla Bakı üzrə gəzinti turları təşkil edilir.

Turun müddəti 1,5 saatdır. Marşrut Hökumət evindən Bayıl qəsəbəsinədəkdir.

Hələlik bilet 5 manatdır, ancaq bir neçə gün sonra biletlərin qiyməti yerlilər üçün 10, əcnəbilər üçün 20 manat olacaq. Məktəblilər, tələbələr və əlillər də 5 manat verməklə Bakı turlarına qoşula biləcəklər. 6 yaşınadək uşaqlar üçün isə belə avtobuşlarda gediş pulsuz olacaq.

Gəzinti avtobuslarının iş qrafiki 11:00-dan 20:00-dəkdir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.