Cəmiyyət

Lənkəranda fənn olimpiadası keçirildi

7 Aprel 2014 19:04
0 Şərh     Baxış: 724
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Olimpiadaya 5 rayondan 90 şagird qatılıb

Ötən gün Lənkəranda fənn olimpiadası keçirilib. Olimpiada 6 saylı məktəb-liseydə baş tutub. Milli.Az CTV-yə istinadən xəbər verir ki, imtahan Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin təşkilatçılığı, Azərbaycanın Təhsil Nazirliyinin və Azərbaycan Rus Dili Müəllimləri Assossasiyasının dəstəyi ilə baş tutub.

Olimpiada tanınmış rus şairi və rəssamı Mixail Yuryeviç Lermontovun 200 illik yubileyinə həs olundu. Olimpiadadan əvvəl Rusiyanın Azərbaycandakı səfirliyinin, Lənkəran şəhər Təhsil Şöbəsi əməkdaşlarının, müəllimlər və şagirdlərin iştirakı ilə rəsmi tədbir keçirildi. Tədbirdə Azərbaycanla Rusiya arasında dostluq və mədəni əlaqələrin inkişaf etdirilməsi, ölkələrimiz arasında mehriban qonşuluq münasibətinin daha da möhkəmlədiriliməsi, şagirdlərimizin rusiyalı həmyaşıdları ilə əlaqələrinin yaradılmasından söhbət açıldı.

Lermontovun həyat və yaradıcılığını əks etdirən video çarx nümayiş olundu. Ardınca fənn olimpiadasına start verildi. Rusiya səfirliyinin müşaviri Valentin Denisov Petroviç bildirdi ki, bu olimpiadanın məqsədi şagirdlərdə rus dili biliyinin nə dərəcədə güclü olduğunu bilmək, hər hansı bir metodiki köməklik göstərməkdir: "Bu gün biz bir neçə kitab gətirib hədiyyə etmişik. Hansı ki, bu kitablardan müəllim və tələbələr faydalanacaq".
Olimpiada da 5 rayon - Lənkəran, Masallı, Lerik, Astara və Yardımlıdan ümumilikdə 90 şagird iştirak edib. Belə ki, Rus bölməsinin yalnız 8-ci sinif şagirdləri rus dili və ədəbiyyatından, Azərərbaycan bölməsinin 7 və 8-ci sinif şagirdləri isə yalnız rus dilindən öz biliklərini sınadılar. Olimpiada test üsulu ilə aparıldı. Sualları cavablandıran şagirdlər isə sualların çətin olmadığını bildirdilər.
Xatırladaq ki, olimpiada Lənkərandan əvvəl Sumqayıt və Xaçmazda keçirilib. Lənkərandan sonra isə Bakı və digər şəhər və rayonlarda keçiriləcək. Olimpiada iyunun 6-da Aleksandr Sergeyeviç Puşkinin doğum günündə başa çatacaq. Qaliblərə diplom və mükafatlar veriləcək. Ən yaxşıları isə Rusiyanın Qızıl Dairə şəhərinə göndəriləcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.