Cəmiyyət

Şəkidə gənclər hara gedirlər? - VİDEO

7 Aprel 2014 17:54
0 Şərh     Baxış: 865
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gərgin iş rejimindən sonra hər bir gənc rahat bir yerdə oturub dincəlmək, dostları ilə birgə vaxtını xoş keçirmək istəyir. Ancaq Şəki gənclərinin əylənmək, asudə vaxtlarını, istirahət günlərini sərbəst və səmərəli keçirmək istəyi o qədər də alınmır. Çünki bunun üçün şəhərdə normal şəraitə malik istirahət və əyləncə mərkəzləri çox azdır. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, bu istirahət mərkəzlərində isə qiymətlər gənclərin cibinə uyğun deyil.

Şəkidə yalnız kişilər üçün bu imkan bir qədər genişdir, o da çayxana və kafelərin sayəsində. Yaxşı şəraitə malik restoranlarda vaxt keçirən gənclərimiz də yox deyil. Yəni bir qayda olaraq bu cür yerlərdə ancaq gənc oğlanlar asudə vaxtlarını keçirirlər. Şəkidə gənc qızların çayxanalara getməsi birmənalı qarşılanmır. Bu da xanımların istirahətində çətinlik yaradır. Ona görə də gənc qızlar boş vaxtlarını şəhərdə gəzinti və ya parklarda dincəlməklə keçirməyə üstünlük verirlər. İdmanla məşğul olan xanımlar da az deyil.

Azərbaycan "Gəncliyi 2011-2015-ci illər Dövlət Proqrmanı"na əsasən, bölgələrdə, eləcə də Şəkidə gənclər üçün əyləncə mərkəzlərin yaradılması nəzərdə tutulur. Bu mərkəzlər imkanlarına görə heç də paytaxt Bakıdakı əyləncə mərkəzlərindən geri qalmayacaq. Artıq bu proqramın müddətinin tamamlanmasına bir il qalır. Ancaq Şəkidə hər hansı əyləncə mərkəzi istifadəyə verilməyib. Şəki qədim tarixə malik və bölgənin əsas turizm mərkəzlərindən biridir. Elə isə istirahət üçün yer seçmək qalır hər kəsin öz seçiminə... Hər halda, hər kəs öz zövqünə və dünyagörününə uyğun olan yerlərdə istirahət etməyə üstünlük verir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.