Cəmiyyət

Lənkəranda abituriyentlər sınandı - VİDEO

7 Aprel 2014 17:45
0 Şərh     Baxış: 745
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəranda sınaq imtahanı 2 binada təşkil olundu

Qeydiyyatı internet vasitəsilə mart ayının 27-dən başlanılan sınaq imtahanında iştirak etmək üçün respublika üzrə abituriyentlərə 49405 yer ayrıldı. Milli.Az CTV-yə istinadən xəbər verir ki, respublikanın bir sıra bölgələrində olduğu kimi Lənkəranda da imtahanlara nəzarəti TQDK-nın regional bölməsi həyata keçirirdi. Bölmə müdiri "Xəbər Xətti"nə müsahibəsində bildirdi ki, təyin olunan binalarda ümumilikdə cənub bölgəsi üzrə qeydiyyatdan keçən abituriyentlər iştirak edirdi. TQDK-nın Lənkəran Regional bölməsinin müdiri Əbdüləhəd Bağırov bildirdi ki, şəhər 1 və 4 saylı məktəblərində sınaq imtahanı keçirilib.

Keçən ilə nisbətən yerlərin sayı artırılıb. Təxminən 1200-ə yaxın şagird sınaq imtahanlarında iştirak edib. Çəkiliş apardığımız zaman abituriyentlərin tərtib olunan suallara münasibətini də öyrəndik. Hər il olduğu kimi bu il də abituriyentlərin imtahana buraxılış qaydasında heç bir dəyişiklik olmadı. TQDK-dan verilən məlumata görə, imtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçirilir. Bu iki sənəddən biri olmadıqda və ya əsassız olduqda, eləcə də başqasının şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmır. Bəs Lənkəranda keçirilən sınaq imtahanına buraxılmayan abituriyentlər oldumu? Bu sualımızı yenə TQDK rəsmisinə ünvanladıq. Əbdüləhəd Bağırov bildirdi ki, qayda pozuntusu qeydə alınmadı. Qeyd edək ki, ali təhsil müəssisələrinin bakalavr səviyyəsi üzrə sınaq imtahanlarının aprelin 6-dan iyunun 1-dək keçirilməsi nəzərdə tutulur. Bu müddətdə ümumilikdə 6 sınaq imtahanı keçiriləcək ki, onların 4-ü yeni, 2-si isə təkrar olacaq.

Milli.Az


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.