Cəmiyyət

Güclü külək bölgələrdə bir sıra fəsadlar törədib - FOTO

7 Aprel 2014 17:27
0 Şərh     Baxış: 652
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ötən gün İmişli rayonunda əsən güclü külək kənd məktəbində dağıntıya səbəb olub. Milli.Az CTV-yə istinadən xəbər verir ki, səhər saatlarından başlayan külək günün ikinci yarısında daha da şiddətlənib. Bu isə Xəlfəli kənd tam orta məktəbinin dam örtüyünə ciddi ziyan vurub. Saat 18 radələrində baş verən hadisə zamanı məktəbdə təsərrüfat müdiri və gözətçi olub.

Onların sözlərinə görə xoşbəxtlikdən hadisə bazar günü baş verdiyindən xəsarət alan olmayıb. Amma kənd məktəbinə xeyli miqdarda ziyan dəyib. Hadisə şahidlərin sözlərinə görə, dam örtüyü 150 kvadrat metrdən çox sahədə uçub. Həmçinin güclü külək kənd ərazisində elektrik enerjisinin verilməsinə də mənfi təsir göstərib. Kənd sakinləri saatlarla işıqsız qalıblar.


Güclü külək Şəmkir rayonunun da bir neçə kəndini işıqsız qoyub.
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, ötən gün Şəmkir ərazisində müşahidə olunan güclü külək rayonun elektrik təsərrüfatında bir sıra fəsadlar yaradıb. Külək 10-a yaxın elektrik dirəyini aşırıb, bir neçə güc transformatorunu sıradan çıxarıb, xeyli miqdarda naqil yararsız hala düşüb. Nəticədə də 6 kənd işıqsız qalıb. Şəmkir Elektrik Şəbəkəsinin baş mühəndəsi Nizami Əliyevin verdiyi məlumata görə, bu gün saat 16:00 radələrində küləyin fəsadları tam aradan qaldırılıb və elektrik enerjisinin verilişi bərpa olunub.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.