Cəmiyyət

Azərbaycanda onların istifadəsi qadağan olunur - VİDEO

7 Aprel 2014 13:38
0 Şərh     Baxış: 1 105
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Sürücülərə xəbərdarlıq: Yevlaxda  köhnə avtomobillərlə sərnişin daşınmasına icazə verilməyəcək

Milli.Az El TV-yə istinadən bildirir ki, 1996-cı ildən əvvəl istehsal olunan avtomobillərin Yevlax şəhərinin daxilində marşrut kimi istifadə edilməsinə icazə verilməyəcək.  Yevlax 5 saylı Regional Nəqliyyat  MMC-nin mütəxəssisi Nizami Həşimov bildirib ki, belə avtomobillərə lisenziya verilməyəcək. Lisenziya almaq istəyən sürücülər isə yeni avtomobillər gətirməlidirlər. Bundan sonra sürücülük dərəcəsi, sürücülük kursundan keçmək haqqında şəhadətnamə hazırlanaraq, Bakı şəhər Nəqliyyat Departamentinə göndərilcək.  Əgər  həmin sürücünün sənədlərində problem olmasa, lisenziya kartları təsdiq olunaraq göndəriləcək.
Sürücü yalnız bundan sonra müəyyən  marşrut üzrə sərnişindaşıma ilə məşğul ola bilər.

Marşrut xəttindən kənarlaşdırılması gözlənilən avtomobillərin sürücülərinin isə bu məsələyə münasibəti birmənalı deyil. Sürücü Xaliq Əsədov bununla razılaşmadığını deyir: "Özünüz fikirləşin, əksəriyyət maşınlar köhnədir. Bu maşınlar marşrutdan çıxarılandan sonra bəs biz nə işlə məşğul olaq?"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.