Cəmiyyət

Akif Əlizadə Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü seçildi

7 Aprel 2014 11:58
Baxış: 853
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Azərbaycan Mühəndislik Akademiyasının (AMA) həqiqi üzvü seçilib.

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu barədə qərar AMA-nın Rəyasət Heyətinin iclasında qəbul olunub,

Akademiyanın prezidenti, akademik Arif Paşayev tərəfindən rəsmi diplom imzalanıb.
Akademik Akif Əlizadə bu ada geologiya sahəsində mühüm nəzəri və tətbiqi elmi nəticələri, həmçinin uğurlu elmi-təşkilati fəaliyyətinə görə layiq görülüb.

Qeyd edək ki, 2005-ci ildə fəaliyyətə başlamış AMA hazırda Milli Aviasiya Akademiyasında yerləşir. AMA texniki elmlər sahəsində fəaliyyət göstərir və peşəkar alimləri özündə cəmləşdirir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.