Cəmiyyət

Bakıda yol bağlandı - YENİLƏNİB

7 Aprel 2014 12:41
1 Şərh     Baxış: 2 870
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
12:41

Paytaxtda aparılan əsaslı təmir-tikinti işləri ilə əlaqədar metronun "Koroğlu" stansiyasının yaxınlığındakı körpünün üzəri ilə Qara Qarayev prospekti istiqamətində bağlanılmış yol artıq təxirəsalınmaz tədbirlər nəticəsində açılaraq sürücülərin ixtiyarına verilib.

Milli.Az bildirir ki, bu barədə Trend-ə polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, hazırda yolda əsaslı təmir-tikinti işlərinin aparılması ilə əlaqədar Qara Qarayev prospekti ilə Əli Vəliyev küçəsinin kəsişməsindən prospektin metronun "Qara Qarayev" stansiyasınadək olan hissəsi avtomobillərin hərəkəti üçün məhdudlaşdırılıb. Hərəkət üçün gediş-gəliş yolun sol tərəfi ilə müəyyənləşdirilib:

"Ümumiyyətlə, paytaxtın Nizami rayonu ərazisində, xüsusilə yolların Qara Qarayev prospekti ilə kəsişən yerlərində yenidənqurma, səki daşlarının dəyişdirilməsi, asfalt örtüyünün, kommunikasiya xətlərinin yenilənməsi, yaşıllıq zolaqlarının salınması, əhalinin rahat istirahət etməsi üçün parkların genişləndirilməsi işləri aparılır. Ona görə də bu ərazi üzrə hərəkət edən avtomobil sürücülərindən xahiş edilir ki, diqqətli olsunlar, sürət həddini şəraitə uyğun seçsinlər, nəqliyyat vasitələrinin yol zolaqları üzrə sıx cərgələnməsi ilə əlaqədar təmkinli olsunlar və yol qəza hadisələrinin törənməməsi üçün alternativ yollardan istifadə etsinlər".

V.Əsədov həmçinin qeyd edib ki, paytaxtın Həsən Əliyev küçəsinin (keçmiş İnqilab küçəsi) Koroğlu Rəhimov küçəsi ilə kəsişməsindən Atatürk prospekti ilə kəsişməsindəki tunelədək olan hissədə yeni asfalt örtüyünün çəkilməsi ilə bağlı avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyulub. Ona görə də sıxlığın yaranmaması üçün sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Bakı şəhər DYPİ məlumat üçün bildirir ki, "Azəryolservis" ASC tərəfindən Həsən Əliyev küçəsində 3,4 km boyu mərhələlərlə asfalt örtüyünün çəkilməsi planlaşdırılıb.

----------
09:58

Bakıda mərkəzi yollardan biri təmir işləri ilə əlaqədar bağlanıb. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

P.Mürsəliyev bildirib ki, paytaxtın Həsən Əliyev küçəsinin Koroğlu Rəhimov küçəsi ilə kəsişməsindən Atatürk prospekti ilə kəsişməsindəki tunelin çıxışına qədər olan hissəsi aprelin 6-dan 7-nə keçən gecə bağlanıb.

Onun sözlərinə görə, aprelin 6-da hərəkət dayandırılmadan 300 metrdən artıq məsafədə köhnə asfalt-beton örtüyünün frez mexanizmi ilə qaşınması həyata keçirilib: "Artıq həmin ərazi aprelin 6-dan 7-nə keçən gecə bağlanıb. Hazırda yeni asfalt-beton örtüyünün vurulmasına hazırlıq işləri gedir. Aprelin 8-i səhər saatlarından etibarən yeni asfalt-beton örtüyünün vurulmasına başlanılacaq".

Bununla əlaqədar, P.Mürsəliyev sürücüləri alternativ yollardan istifadə eməyə çağırıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.