Cəmiyyət

Paytaxtda əlac dalınca gedənlərə kəsə yol - FOTO

7 Aprel 2014 01:00
1 Şərh     Baxış: 1 820
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda aptekə aparan yol ona üz tutanları çaşbaş salır

Emruz adlı oxucu Milli.Az-a yazır ki, Puşkin küçəsi ilə Nizami küçələrinin kəsişməsində yerləşən "Hippokrat" aptekinin yerləşdiyi ünvan qəribə formada göstərilib. Aptekin yerləşdiyi ünvanı göstərən lövhədə konkret ünvan və Səhiyyə Nazirliyinin "qaynar xətti"nin əlaqə nömrəsi silinib. Onun yerində isə aptekin istiqamətini göstərən ox var.

"Bir vətəndaş kimi mənim narazılığıma səbəb odur ki, aptekin ünvanı əvəzinə oxla istiqamət göstərilməsi nə dərəcədə düzgündür. Bu, hörmətsizlik və insanları çətinə salmaqdan başqa bir şey deyil. Aptekin dəqiq ünvanı Puşkin, 11 olsa da, bunu yazmaq nədənsə məsləhət bilinməyib", - deyə oxucu vurğulayır.

Məsələ ilə bağlı gün ərzində Səhiyyə Nazirliyinin dərman vasitələrinin analitik ekspertiza mərkəzi ilə əlaqə saxlamaq istəsək də, cəhdlərimiz uğursuz alındı. Mərkəzdə oxucunun narazılığına səbəb olan məqama aydınlıq gətirən tapılmadı.

Gülər
Milli.Az


Böyütmək üçün şəkilə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.