Cəmiyyət

30 martda yağan qarla bağlı sensasiyalı iddia

4 Aprel 2014 15:23
36 Şərh     Baxış: 12 416
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hava şəraitinin pisləşməsi hansısa silahın sınaqdan keçirilməsi ehtimalı olduğu deyilir

Martın 30-da Azərbaycana gözlənilmədən qarın yağması ilə bağlı sensassiyalı iddia ortaya atılıb.

Milli.Az jam.az saytına istinadən xəbər verir ki, təkcə Azərbaycanı deyil, qonşu ölkələri də etkiləyən bu prosesin təbii deyil, süni yollarla meydana çıxmış vəziyyət olduğu deyilir. Məlumatlarda deyilir ki, Azərbaycanda Novruz bayramından sonra qar yağması halları tarixdə nadir rast gəlinən olaydır. Eyni zamanda, qarın yağması ilə paralel olaraq ildırımın çaxması müşahidə olunmayan hallardır. Bakıda martın 30-da yağan qardan az öncə isə ildırım çaxıb və ardından yağıntı başlayıb. Elə əsas şübhə də bu məqamda yaşanıb.

Jam.az-a danışan bəzi mütəxəssislər iddia ediblər ki, son qar yağması və havaların kəskin pisləşməsi sırf təbiət hadisəsi kimi qəbul edilməyəndir. Onların fikrincə, belə bir "təbii prosesi" yaratmaq üçün silahlardan istifadə olunur. Onların bildirdiyinə görə, bəzi dövlətlər suya olan ehtiyaclarını qarşılamaq məqsədi ilə bu silahlardan mütəmadi olaraq yararlanırlar. Və bu zaman yağan qar daha çox formasına görə, təbiisindən fərqlənir.

Həmin mütəxəssislər deyirlər ki, martın 30-da Bakıda və rayonlarda yağmış qarın forması təbiisindən xeyli fərqlənib. Və bu da əsaslı şübhələrə yol açıb. Həmin şübhələr də ondan ibarətdir ki, qarın yağması hansısa silahın sınaqdan keçirilməsinin təzahürləri olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.