Böyük Şor gölü üzərindən altızolaqlı avtomobil magistralının tikintisi 2015-ci il fevralın sonlarında başa çatacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Abşeron göllərinin bərpası layihəsinin podratçısı "Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.
Z.İbrahimov deyib: "Gölün ekoloji bərpası layihəsi iki mərhələdə həyata keçiriləcək. 2014-2015-ci illəri əhatə edən birinci mərhələdə gölün Olimpiya stadionunun tikildiyi yerin yaxınlığında yerləşən təxminən 300 hektar ərazisi bərpa olunacaq. Bu mərhələdə gölün tarixən neftlə çirklənmiş şimal hissəsinin bənd vasitəsilə sahil xəttindən ayrılması və təcrid edilməsi nəzərdə tutulub".
Altızolaqlı magistral şose şəklində layihələndirilmiş ərazinin qərb sərhədlərini müəyyən edən bənd bir tərəfdən Ziya Bünyadov prospekti ilə, digər tərəfdən isə Balaxanı-Binəqədi şosesi ilə birləşəcək. Bu, öz növbəsində şəhərin yol infrastrukturunun yükünü azaldacaq. Göl hissəsindəki yolun ümumi uzunluğu 1570 metr təşkil edəcək. Gölə yağış sularının axıdılmasının qarşısı alınacaq və dövriyyə zamanı çirklənmiş su Hövsan Aerasiya Stansiyasına göndəriləcək. Gölün çirklənmiş lildən təmizlənməsi və ya onun zərərsizləşdirilməsi, eləcə də gölün ətrafındakı tullantıların qanunsuz atılması sahəsinin ləğv ediləcəyi planlaşdırılır.
Z.İbrahimovun sözlərinə görə, gölün cənub sahilində yağış sularına tam sədd qoyulacaq, burada geniş abadlıq işləri həyata keçiriləcək, park və yaşıllaşdırma zolaqları yaradılacaq. Gölün çirklənməsinin qarşısının alınması məqsədilə stadion istiqamətində çirkab suları üçün kollektor tikiləcək. Sahil xətti kənarında gəzinti bulvarı, eləcə də stadionun ərazisinə keçid salınacaq.
Onun sözlərinə görə, gölün tam bərpa edilməsinin ikinci mərhələsi 2015-2020-ci illəri əhatə edəcək: "Bununla da göl özünün tarixi-təbii məcrasına qaytarılacaq, burada suyun səviyyəsi tənzimlənəcək, ekoloji sistem bərpa olunacaq".
Milli.Az
Cəmiyyət
Böyük Şor gölündən üzərindən salınan yol necə olacaq?
4 Aprel 2014 13:47
0 Şərh
Baxış: 5 863
DİGƏR XƏBƏRLƏR
- "Özüm istəmişəm!" - 1 manatlıq taksidə məktəbli qızla SEVGİ MACƏRASI - VİDEO
- Azərbaycanda toy paketinə görün nə atdılar - "Allah bizi belə qohumlardan..." - VİDEO
- Azərbaycana qarşı "informasiya savaşı": kim, necə, niyə? - ARAŞDIRMA
- İctimai nəqliyyatın günümüzə qatdığı stress - Necə mübarizə aparmaq olar?
- Günün qoroskopu: Maliyyə fürsətləri yaranacaq
- Bakı bulvarında ata və balanın maraqlı RƏQSİ - VİDEO
XƏBƏR LENTİ
- Bakıda "Land Rover" yeniyetməni vuraraq öldürdü
- Sumqayıtda qaynı 33 yaşlı qadını bıçaqladı
- Bətnindəki körpənin cinsiyyəti qız olduğuna görə hamilə qadını döyərək uşağı tələf etdilər - VİDEO
- Millimiz autsayderlə üz-üzə
- “İranın əlində Amerika qanı var” - Harris
- Keçmiş həyat yoldaşı toya XANIMI İLƏ GƏLDİ - Afətin reaksiyası DİQQƏT ÇƏKDİ - FOTOlar
- Əgər övladınız oğlan gedib, qız qayıdırsa... - Tramp
- Azərbaycanın iki rayonunda evləri böcəklər basdı - FOTOlar
- Rodrini həmyerlisi əvəz edə bilər
- Nüvə dövlətindən İsrailə xəbərdarlıq: Bu, təhdiddir!
- ABŞ böyük qasırğaya hazırlaşır - Əhali təxliyə olunur
- Cokoviçdən çinli azarkeşlərə üzrxahlıq
- Markdan həyat yoldaşına unikal hədiyyə - FOTOlar
- “Narahat olma, qızın etibarlı əllərdədir...”
- Azərbaycanda məktəbli anasını 195 bıçaq zərbəsi ilə öldürüb - DETALLAR - FOTOlar
- Ermənistan Cənubi Koreyadan tank almaq istəyir
- Ten Haq "Mançester Yunayted"i tərk edib
- Gülşad Baxşıyeva arxiv FOTOlarını paylaşdı
- Doğma yurdumda yaşamaq mənim üçün fəxrdir - Rafiq Hüseynov
- 11 ildən sonra bir arada - FOTOlar
- Səbirsizliklə gözlədiyim günün gəlib çatdığına sevinirəm - Şuşa sakin
- Vatsapda daha bir - Yenilik
- Alsu və əri məhkəmədə razılığa gələ bilmədilər - VİDEO
- Daha 16 ailə Şuşaya qayıdır - FOTOlar