Cəmiyyət

Lənkəranda 20 yaşında həlak olan şəhidi andılar - FOTO - VİEDO

4 Aprel 2014 15:07
0 Şərh     Baxış: 1 006
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Hər bir vətəndaş öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolunu özünə nümunə seçməlidir. Milli.Az CTV-yə istinadən bildirir ki, bu fikirlər bu gün Lənkəran şəhəri 9 saylı orta məktəbinin məzunu, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçmiş Sədaqət Ələmovun şəhadəti gününə həsr olunmuş tədbirdə səsləndirildi.

Anım tədbiri şəhidin bir zamanlar təhsil aldığı Lənkəran şəhəri Rövşən Bədəlov adına 9 saylı orta məktəbdə baş tutdu. Mərasimdə çıxış edənlər Sədaqətin şərəfli ömür yolundan danışaraq, qəhrəmanların ölmədiklərini, daim qəlblərdə yaşadıqlarını bildirdilər. Çıxışlarda şəhidin məktəb illərində olan xatirələrindən danışıldı, onun yüksək əxlaqi keyfiyyətlərə malik olduğu vurğulandı. Bildirildi ki, torpaqlarımızın erməni işğalından müdafiəsi uğrunda gedən döyüşlərdə ölümləri bahasına şəhid adı qazanmış həmyerlilərimiz xalqımızın bu gün və sabah yazılacaq qəhrəmanlıq salnaməsinə öz müqəddəs adlarını həkk etdiriblər.

Şəhidin anım mərasimində məktəbin şagirdləri vətənə, şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirib, iştirakçılar qarşısında videoslaydlar nümayiş etdirdilər.

Məlumat üçün bildirək ki, şəhid Sədaqət Məhərrəməli oğlu Ələmov 1973-cü ildə Lənkəran şəhərində anadan olub. 1980-ci ildə orta məktəbə daxil olan Səadət 1991-ci ildə ordu sıralarına çağırılır. Goranboydan Ksasapet dağına qədər döyüş yolu keçmiş, Maqavuz, Maxirtak, Medşen, Manaşed, Umudlu kimi məntəqələrin alınmasında igidliklə vuruşan həmyerlimizin tankı 1993-ildə minaya düşür. Ağır yaralanan həmyerlimizin həyatını xilas etmək mümkün olmur. O,  20 yaşında şəhidlik zirvəsinə ucalır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.




Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.