Cəmiyyət

Allahşükür Paşazadə Xaçmaz və Qusarda da məscidlərin təmiri üçün yardım ayırıb - VİDEO

4 Aprel 2014 13:53
Baxış: 793
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə aprelin 3-də respublikamızın şimal bölgəsinə səfəri çərçivəsində Qusar və Xaçmaz rayonlarnda  olub.

Milli.Az Regional TV-yə istinadən bildirir ki, şeyxülislam Allahşükür Paşazadə Qusardakı Mərkəzi məscidi, Xaçmazda isə Təzəşəhər məscidini ziyarət edib. Hər iki  dini məbəddə namaz qılınıb, dualar oxunub. Dini icmaların nümayəndələri ilə görüşdən sonra  hər iki məscidin təmiri üçün 10 min manat yardım ayrılıb.  Bundan əlavə, məscidlərə müxtəlif dini ədəbiyyatlar təqdim olunub.

Xaçmaz Təzəşəhər məscidində keçirilən görüşə rayonda fəaliyyət göstərən dini icmaların rəhbərləri və dindarlarla yanaşı, rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev də qatılıb.

Şəmsəddin Xanbabayev ölkəmizdə insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığının yüksək səviyyədə qorunur.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə görüşdə bildirib ki, ölkəmizdəki tolerantlıq mühitinin qorunub saxlanması, təhrikçi dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısı həmişə alınacaqdır. O,  dindarların maarifləndirilməsinin vacib məsələ olduğunu və bununla bağlı bir sıra işlər görüldüyünü qeyd edib.

Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Qusar və Xaçmazdan əvvəl Qubadakı Hacı Cəfər məscidini ziyarət edib və məscidin təmiri üçün 10 min manat yardım ayrıb. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.