Cəmiyyət

Bakıda zamanı səhv saldıran saat... - VİDEO

4 Aprel 2014 01:30
0 Şərh     Baxış: 2 312
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakının məşhur saatı işləmir. Nərimanov rayonu ərazisində saatlı bina kimi tanınan bina var. Həmin binanın qülləsindəki saatlardan biri xeyli müddətdir işləmir. Lakin aidiyyəti şəxslərin bu məsələ ilə maraqlanmaması yaxınlıqda yaşayan insanların hiddətinə səbəb olur: "Qüllənin dörd tərəfində saat var. Saatların hər biri işləsə də, metronun "Nərimanov" stansiyasına baxan saatı dayanıb. Heç kəs maraqlanmır".

Nərimanov rayon İcra Hakimiyyətindən Milli.Az-a bildirildi ki, saatlara Bakı Şəhər İcra Hakimiyyəti nəzarət edir. Bununla yanaşı, saatda problemin olması həmin quruma çatdırılacaq.

Gülər
Milli.Az


Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.