Cəmiyyət

Bakıda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

3 Aprel 2014 15:34
1 Şərh     Baxış: 3 023
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə baş nazirinin səfəri ilə əlaqədar Bakının bəzi küçə və prospektlərində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğanın Azərbaycana sabah nəzərdə tutulan rəsmi səfəri ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, paytaxtın Yusif Səfərov küçəsi, Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, "Azneft" dairəsi, Niyazi, Teymur Elçin, Mehdi Hüseyn küçələri, Parlament prospekti, Fəxri Xiyaban, İnşaatçılar və Hüseyn Cavid prospektləri, Bakıxanov küçəsi, Tbilisi prospekti, Vaqif və Koroğlu Rəhimov küçələri və digər istiqamətlər üzrə fasilələrlə avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq və istiqamət dəyişdiriləcək.

İdarədən sürücülərə göstərilən istiqamətlərdə şəxsi avtomobillərindən az istifadə etmək xahiş olunur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.