Cəmiyyət

Azərbaycanda yeni körpü salınır - VİDEO

3 Aprel 2014 14:55
0 Şərh     Baxış: 1 007
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Qax rayonunun Marsan kəndində Qapıçay çayı üzərində yeni körpü tikilir.

Milli.Az Kanal S-ə istinadən bildirir ki, hazırda kənd sakinləri və sürücülər köhnə körpüdən istifadə edirlər. Yeni körpünün istifadəyə verilməsilə gediş-gəlişdə yaşanan çətinliyə son qoyulacaq. Qaxda Alatəmir, Marsan, Tasmalı və Lələpaşa kənd istiqamətində hərəkət edən sürücülər bu vaxta qədər Qapıçay üzərindəki köhnə körpüdən istifadə etməli olurdular. İstismar müddətini başa vuran körpü son vaxtlarda əsl təhlükə mənbəyinə çevrilmişdi.

Buna görə də yeni, müasir standartlara cavab verən körpünün tikilməsi zərurətə çevrilib. Yeni körpünün salınması bu yoldan istifadə edən avtomobil sahibləri, eləcə də kənd sakinlərinin sevincinə səbəb olub. Tikintisinə 2013-cü ilin noyabrında başlanılan körpüdə hazırda işlər sürətlə gedir. Müasir texnikalardan istifadə etməklə inşa olunan körpünün uzunluğu 42 metr, eni isə 10 metrdən çox olacaq. Hündürlüyü 4 metr təşkil edəcək yeni körpü ilə avtomobillər rahat hərəkət edə biləcəklər. Tikinti işləri cari ilin iyun ayında yekunlaşacaq. Yeni körpünün istifadəyə verilməsilə mövcud təhlükə aradan qalxacaq və rayon mərkəzinə gediş-gəliş asanlaşacaq. Qeyd edək ki, yeni körpü Qax Rayon İcra Hakimiyyətinin sifarişi əsasında tikilir.

Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.