Cəmiyyət

Bakıdan Gürcüstan sərhədinədək uzanan yol dəyişdirilir - YENİLƏNİB - VİDEO

3 Aprel 2014 20:21
1 Şərh     Baxış: 1 707
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
12:12

Bakıdan Gürcüstan sərhədinədək olan 503 kilometrlik məsafədə uzanan Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun bir hissəsində magistralın genişləndirilməsi işləri davam etdirilir.

Milli.Az EL TV-yə istinadən bildirir ki, layihəyə əsasən, Kürdəmir-Yevlax avtomobil yolu 4 zolaqdan ibarət olacaq. Avtomobil yolunun 200-cu kilometrliyindən başlayaraq, 288-cı kilometrədək olan hissəsi tamamilə yenidən qurulur. Kürdəmir-Ucar, Ucar-Yevlax avtomobil yolunda yeni əlavə iki hərəkət zolağı inşa olunur. Magistralın Kürdəmir-Ucar-Yevlax hissəsinin əlavə 2 hərəkət zolağı tikilməklə 1-ci texniki dərəcəyə çatdırılması işləri aparılır. Artıq yolun 2 hərəkət zolaqlı hissələrinin 1-ci texniki dərəcəli yolun parametrlərinə uyğunlaşdırılması işlərinin çox hissəsi yerinə yetirilib. Bakıdan Gürcüstan ilə sərhədədək tikintinin intensiv aparıldığı magistralın 312,5 kilometrlik  2-ci texniki dərəcəli, 209 kilometrlik 1-ci texniki dərəcəli hissələri yenidən istifadəyə verilib. Magistralın Ucar, Ağdaş və Yevlax  rayonları ərazisindən keçən hissəsində torpaq işləri, boruların və heyvan keçidlərinin tikintisi həyata keçirilir. Layihənin həyata keçirilməsində məqsəd nəqliyyatın sürətli və təhlükəsiz hərəkətini təmin etməkdir. Kürdəmir-Yevlax avtomobil yolunun 4 zolağa genişləndirilməsi layihəsi çərçivəsində hazırda ərazi boyu kommunikasiyaların köçürülməsi, suötürücü qurğuların, yeraltı keçidlərin, körpülərin tikintisi ilə yanaşı, asfalt örtüyünün salınması və torpaq işləri davam etdirilir. Yolun yenidən qurulan hissəsinin ümumi uzunluğu 88 kilometrdir. Tikinti işlərinin 2014-cü ildə başa çatdırılması planlaşdırılır.

Milli.Az

----------
20:21

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.