Cəmiyyət

Bakıda əsas yollardan biri təmir olunur

3 Aprel 2014 10:31
0 Şərh     Baxış: 1 791
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda əsas yollardan birinin təmirinə start verilib. Bu barədə Trend-ə açıqlamasında Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, paytaxtın Əhməd Rəcəbli küçəsinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Süleyman Sani Axundov küçəsinə qədər olan hissəsinin təmirinə başlanıb: "Hazırda yolun kənarındakı köhnə bardürlərin sökülməsi işləri həyata keçirilir. Bundan sonra onlar yeniləri ilə əvəz olunacaq. Daha sonra isə yolun köhnə asfalt-beton örtüyünün qaşınaraq yenilənməsi işləri həyata keçiriləcək".

Qeyd edək ki, təmir olunacaq hissə yolun 1,3 km məsafəsini əhatə edir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.