Cəmiyyət

Bakıda yol bağlandı

31 Mart 2014 19:33
0 Şərh     Baxış: 1 744
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda yeraltı keçidin tikildiyi Fətəli xan Xoyski prospektində ("Gənclik" metrostansiyasının yaxınlığı) nəqliyyatın hərəkətində böyük sıxlığın qarşısı almaq üçün Vaqif prospektindən F.Xoyski istiqamətində yol müvəqqəti bağlanıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, yol sabah açılacaq.

Yeni keçid Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yaxınlığında tikilir.

Hazırda bu istiqamətdə hərəkət Vaqif prospektindən Əhməd bəy Ağaoğlu küçəsinədək yeni yolla həyata keçirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.