Cəmiyyət

Azərbaycana yarım metrə yaxın qar yağdı

31 Mart 2014 11:26
4 Şərh     Baxış: 2 714
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gecə Azərbaycanın bəzi ərazilərində yarım metrə yaxın qar yağıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, martın 30-da ölkə ərazisində hava şəraiti kəskin dəyişilmiş, yağıntılı olmuş, sulu qar, qar yağmışdır. Bəzi rayonlarda intensiv olmuş, güclü şimal-qərb küləyi əsmişdir.

Sarıbaşda (Qax) qar örtüyünün hündürlüyü 42 sm, Xınalıqda 30 sm, Kişçayda 26 sm, Daşkəsən, Göygöldə 22 sm, Ordubadda 21 sm, Qubada 18 sm, Lerikdə 16 sm, Yardımlıda 14 sm, Rvarud (Lerik), Altıağacda 13 sm, Şəki, Kəlvəzdə 12 sm, Zaqatalada 11 sm, Naxçıvanda 10 sm, Ağdərədə 8 sm, Şahbuzda 6 sm, Qəbələdə 5 sm, İsmayıllıda 4 sm, Şərurda 3 sm, Biləsuvarda 2 sm, Salyan, Göytəpə, Bakıda 1 sm təşkil edib.

Martın 30-da havanın temperaturu iqlim normasından 6 dərəcə aşağı olub. Bakıda və Abşeron yarımadasında 1-4 dərəcə isti, aran rayonlarında 0-6 dərəcə isti, dağlıq rayonlarda 3-10 dərəcə şaxta müşahidə olunub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.