Cəmiyyət

Sürücülərə məsləhət: mühərriki qızdırmaqdan necə yayınaq?

29 Mart 2014 11:45
0 Şərh     Baxış: 1 755
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Day.Az saytı "Sürücülərə məsləhət" rubrikası çərçivəsində oxucuların suallarını cavablandırmaqda davam edir.

Milli.Az-ın məlumatına görə, Fərman Səmədov adlı oxucu yazır:

"Bu yaxınlarda 2006-ci il buraxılışlı, mühərrikin həcmi 1800 kub metr olan Mercedes С-Сlass avtomobili almışam. Bundan əvvəl 2002-ci il buraxılışı olan Nissan Sunny avtomobilini satmışdım. Həmin maşın mənə çoxlu problemlər yaşatdı. Tıxaclarda dayanarkən maşının mühərriki iki dəfə qaynamışdı. Necə etmək olar ki, mühərrik qaynamasın?" - oxucu soruşur.

Məsələ ilə bağlı saytın əməkdaşı Bakının avtoservislərindən birinin texniki məsləhətçisi Hüseyn Cəfərovun fikirlərini öyrənib.

"Müasir avtomobillərdə qaynama şansı azdır. Öz təcrübəmə görə deyə bilərəm ki, adətən "VAZ 2107" və "VAZ 2106" avtomobilləri qızır. 2000-ci ildən sonra istehsal olunmuş avtomobillərin qızması nadir haldır. Maşınlar adətən tıxaclarda qızırlar. Maşınlar adətən soyuducu sistemdəki suyun az olması ucbatından qızırlar. Sürücülərə məsləhət görülür ki, hər həftə antifriz və tosolun miqdarını yoxlasınlar. Əgər həmin oxucu soyuducu sistemdəki suyun miqdarını vaxtında yoxlasaydı, yəqin, çoxlu xərcə düşməzdi", - Hüseyn Cəfərov bildirib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.