Cəmiyyət

Paytaxtda əvvəl bağlayıb, sonra baltalayırlar - FOTO

31 Mart 2014 00:30
1 Şərh     Baxış: 1 614
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakı şəhərində ağac soyqırımı həyata keçirilir. Oxucuların Milli.Az-a verdiyi məlumata görə, Nərimanov rayonu ərazisində, daha dəqiq desək, metronun "Depo" stansiyası yaxınlığında bir çox ağacı kəsib-doğrayıblar. Onlar qanunsuz əməllərini həmin ərazini hasarlamaqla həyata keçirirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Milli.Az-a açıqlamasında bildirdi ki, həmin sahə ilə məşğul olan departamentin əməkdaşları ağac kəsilən ünvana göndəriləcək. Araşdırma aparılandan sonra əlavə məlumat veriləcək.

Gülər
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.