Cəmiyyət

Cənub bölgəsinə gedənlər üçün maneə zolağı - FOTO

28 Mart 2014 11:47
1 Şərh     Baxış: 871
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Lənkəranda Ləvəngi dairəsinə gedən mərkəzi yol bərbad vəziyyətdədir. Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına daxil olan oxucu məktubunda qeyd olunub. Oxucunun sözlərinə görə, yol çala-çuxurlarla doludur. Sürət həddi 60 km/saat olsa da, sürücülər heç 40 km/saat sürət də yığa bilmirlər. Yol kifayət qədər uzun müddətdir ki, belə vəziyyətdədir.

Bura həm də kifayət qədər əhəmiyyətli yoldur. Çünki Masallı və Astara istiqamətində gedənlər bu yoldan keçirlər.

Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Lənkəran şəhər icra hakiminin müavini Möhöbbət Babayevlə əlaqə saxlayıb.

"Sizin haqqında danışdığınız yol Bakı-Astara magistralının davamıdır. "Azəryolservis" ASC-nin balansındadır. Yolun 40 km-lik hissəsi Lənkəran ərazisindən keçir. Biz özümüz də yolun vəziyyətindən narahatıq. Bilirik ki, yaxşı vəziyyətdə deyil. Biz "Azəryolservis"ə rəsmi məktub göndərmişik və müsbət cavab almışıq. Söz veriblər ki, yol təmir olunacaq. Yolda nə vaxt əsaslı təmir işlərinin görüləcəyi barədə dəqiq məlumatımız yoxdur", - icra hakimiyyəti rəsmisi bildirib.

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.