Cəmiyyət

Sakinlər narahatdırlar: həyətdə nə tikirlər? - FOTO

28 Mart 2014 10:23
0 Şərh     Baxış: 757
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Yasamal rayonunda Mirəli Seyidov, 14 ünvanında yaşayan sakinlər narahatdırlar. Onların yaşadıqları binanın qarşısında tikinti gedir. Əvvəllər həmin tikintinin yerində kiçik obyektlər var idi.

Milli.Az-ın Day.Az saytına istinadən xəbər verir ki, sakinlər həmin yerdə hündürmərtəbəli binanın tikiləcəyindən narahatdırlar.

Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Yasamal Rayon Mənzil Kommunal Təsərrüfatınını 22 saylı mənzil istismar idarəsinin rəisi Sadiq Tağıyevlə əlaqə saxlayıb. Onun sözlərinə görə, Mirəli Seyidov, 14 ünvanındakı qanunsuz tikililər sökülüb. Həmin ərazi abadlaşdırılacaq.

Bundan başqa, həmin binanın qarşısında, avtomobil yolu istiqamətində Qarabağ Müharibəsi Əlilləri Cəmiyyətinin binası tikiləcək. Bütün işlərin 2014-cü ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.