Cəmiyyət

Bayram plovundan zəhərləndi

27 Mart 2014 14:17
0 Şərh     Baxış: 1 039
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Anspress yazır ki, bayram günlərində qidadan 9 nəfər zəhərlənib. Gigiyena və Epidemiologiya mərkəzinin qida zəhərlənməsi şöbəsinin müdiri İmran Abdullayevin sözlərinə görə, 24 nəfər mədə-bağırsaq sisteminin pozulması ilə xəstəxanalara müraciət edib.

Zəhərlənmələrə isə bayram günlərində əsasən ev şəraitində hazırlanan qidalar səbəb olub. Bir nəfərin plovdan, qalanlarının isə turşudan sonra halı pisləşib. Zəhərlənənlər arasında həm ortayaşlılar, həm də uşaqlar var. Zəhərlənənlərin hər birinə ilkin yardım göstərildikdən sonra evə buraxılıb.

Bayram günlərində poliklinikalar işləmədiyindən Təcili və Təxirəsalınmaz tibbi yardım stansiyasına müraciət edənlərin də sayı artıb. 7 gün ərzində 1800 müraciət olunub.

Odur ki, nə yediyinizə, nə içdiyinə fikir verin ki, yolunuz poliklinika və xəstəxanalardan düşməsin. Xüsusən də bayram günləri.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.