Cəmiyyət

Mobil rabitə operatorları pullarımızı oğurlayır?

26 Mart 2014 10:26
6 Şərh     Baxış: 2 712
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı sakini Namiq Q. şəhərdəki ticarət mərkəzlərindən birində saat alandan sonra onun mobil telefonuna reklam səciyyəli SMS-lər gəlməyə başlayıb. Az müddətdə SMS-lərin sayı onlarla olub.
 

Milli.Az Day.Az-a istinadən bildirir ki, Namiq Q. yazır: "Ən pisi də odur ki, bu SMS-lər əksər zamanlar gecə saatlarında gəlir. Halbuki nömrəmin bu SMS yollanma xidmətinə daxil olunmamasını istəmişdim. Buna rəğmən, saatların qiymətlərinin göstərildiyi SMS-lər telefonuma gəlməyə davam edir".
 

Azərbaycanda minlərlə, on minlərlə insan belə problemlərlə qarşılaşır.

Problem Milli Məclisdə də müzakirə olunmuşdu. Millət vəkili Elmira Axundova mobil rabitə operatorlarından və onların yolladıqları reklam səciyyəli SMS-lərdən şikayətlənmişdi.
 

"Məlumatlar müxtəlif şirkətlərdən gəlir. Bu SMS-lərin məqsədi insanları aldatmaq və ya mənasız oyunlara cəlb etməkdir. Nəticədə, həmin ismarıcların oxunmasına balansdan konturlar sərf olunur. Bir ailədə beş-altı mobil telefonun olduğunu nəzərə alsaq, büdcəyə ciddi zərbə dəyir", - E.Axundova demişdi.
 

Millət vəkili abonentin razılığı olmadan ona SMS-lərin yollanmasının yasaqlanmasını təklif edib.

Azərbaycan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da E.Axundovanın təklifi ilə razıdır.
 

"Abonentin razılığı olmadan SMS-lərin yollanması istehlakçı hüquqlarının pozulmasıdır. Spam-göndərişlərlə bağlı xeyli şikayətlər alırıq. Təbii ki, belə məlumatlar çoxlarını qıcıqlandırır. Axı əksər hallarda göndərişlər reklam səciyyəlidir və abonent üçün əlverişli olmayan vaxtlarda gəlir. Məsələn, istehlakçılar deyirlər ki, reklam SMS-ləri onların telefonlarına gecələr və ya səhər saatlarında gəlir", - E.Hüseynov dedi.
 

Abonentin razılığı olmadan ona reklam SMS-lərin yollanması qanunla yasaqlana bilər.
 

Azərbaycan Reklamçılar İttifaqının sədri Hacıəmi Atakişiyevin dediyinə görə, bu məsələ Milli Məclisdə müzakirə olunub və əlavələr birinci oxunuşda müzakirə olunacaq.
 

"Parlament bu əlavələri təsdiqləsə, onda "Reklam haqqında" qanunda abonentin razılığı olmadan ona reklam SMS-lərinin yollanmasını yasaqlayan bənd peyda olacaq. Yəni belə məlumatlar abonent və mobil rabitə operatoru arasındakı müqavilə ilə tənzimlənməlidir. Müqavilə olmasa, abonent dəymiş maddi ziyanın ödənməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Problem yalnız SMS-lərin abonentin razılığı olmadan ona göndərilməsi deyil. O da var ki, bu SMS-lərin oxunması zamanı abonentin balansından pul silinir", - H.Atakişiyev deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.