Cəmiyyət

Bakı sakinləri bezdilər: "Bəs biz nəyə görə həmin pulları ödəyirik?"

24 Mart 2014 11:12
0 Şərh     Baxış: 1 562
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Day.Az saytının redaksiyasına daimi oxucu olan Natella Kirvalidce məktub göndərib. Milli.Az-ın məlumatına görə, məktubda deyilir:

"İki küçə acınacaqlı vəziyyətdədir. Biri Bəşir Səfəroğludur ("Sovetski"dən başlayaraq, Səməd Vurğun küçəsində qədər). Yol çuxurlarla doludur. İllərdir ki, bu yol təmir edilmir. Digər küçə isə Masad Davudoğlu küçəsidir. Biz yol vergisi ödəyirik, ancaq pullar yolun təmirinə xərclənmir. Bəs biz nəyə görə həmin pulları ödəyirik?"

Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyevlə əlaqə saxlayıb.

"Bizim tərəfimizdən yolların təmiri üçün işlər görülüb. İşlər indi də davam edir. Şəhərin mərkəzi hissəsində də kifayət qədər yol təmir olunub. Qənaətbəxş vəziyyətdə olmayan küçələr bizim tərəfimizdən təmir olunmur", - P.Mürsəliyev deyib.

Binəqədi rayonunun Rəsulzadə qəsəbəsinin icra nümayəndəsinin müavini Əlisahib Hüseynov deyib ki, M.Davudoğlu küçəsində doğrudan da təmirə ehtiyac var. Onun sözlərinə görə, həmin hissədən çoxlu sayda yeraltı kommunikasiya xətləri keçir. Təmir işlərinə başlamaq üçün həmin xətlərin yerini dəyişmək lazımdır.

"Düşünürəm ki, yol belə vəziyyətdə qalmayacaq. Təmir olunacaq", - o əlavə edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.