Xətai rayonunun Gəncə prospektində və Vunq-Tau küçəsində il ərzində planlı şəkildə yaşıllıq sahəsi məhv edilir.
Milli.Az xəbər verir ki, bu barədə Day.Az-a həmin ərazidə yaşayan oxucular məlumat veriblər. Məlumata əsasən, böyük ağacları kəsərək yerində mağazalar, avtoservislər və avtoyuyucu məntəqələr tikirlər. Oxucular il ərzində baş verən həmin prosesin fotolarını da redaksiyaya göndəriblər.
"Avtoyuma məntəqələri nəqliyyatın və piyadaların hərəkətinə mane olur. Orada yaşayanlar üçün diskomfort yaradır. Bizim pəncərənin qarşısında belə bir obyekt açıblar. Daimi səs-küy ucbatından pəncərəni açıb evin havasını dəyişə bilmirik. Qarşıdan da yay gəlir. Xahiş edirik ki, yardım edəsiniz. Kimə müraciət edək?" - məktubda deyilir.
Məsələ ilə əlaqədar saytın əməkdaşı "Azəryolservis" ASC ilə əlaqə saxlayıb. Qurumun mətbuat katibi Pünhan Mürsəliyev aşağıdakı sözləri deyib:
""Azəryolservis"in nəzdində yolların mühafizəsi idarəsi var. Avtomobil yollarının kənarındakı avtoyuma məntəqələri yol örtüyünə ziyan vurur, nəqliyyatın hərəkətini çətinləşdirir. Əgər avtoyuma məntəqəsindəki su "Azryolservis"in balansında olan yola axırsa, onda həmin cərimə tətbiq olunur. Demək istəyirəm ki, Bakıdakı bütün yollar bizim balansımızda deyil. Yuxarıda qeyd olunan məsələyə gəlincə, qoy həmin oxucu dəqiq ünvanı qeyd edərək bizə müraciət etsin. Əgər həmin yol "Azəryolservis"in balansındadırsa, faktı araşdıracağıq".
Respublika Gigiena və Epidemiologiya Mərkəzinin əmək gigienası bə ətraf mühitin mühafizəsi şöbəsinin müdiri Teymur Teymurov isə deyib ki, avtoyuyucu məntqələrlə bağlı vətəndaşlardan şikayətlər daxil olur.
"Əsasən də bu məntəqələrin evlərə yaxın olmasından şikayətlənirlər. Həmin obyektlər onların rahatlıqlarını pozur. Keçirilən reydlər də göstərir ki, çox hallarda sakinlər haqlı olurlar. Avtoyuyucu tikilərkən sanitar-qoruyucu zona minimum 50 metr olmalıdır. Sanitar rejimə əməl edilmədiyi təqdirdə, obyektin sahibi 100-200 manat məbləğində cərimə edilir. Qoy həmin oxucu Respublika Gigiena və Epidemiologiya Mərkəzinə yazılı şəkildə müraciət etsin", - T.Teymurov söyləyib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
- "Özüm istəmişəm!" - 1 manatlıq taksidə məktəbli qızla SEVGİ MACƏRASI - VİDEO
- Azərbaycanda toy paketinə görün nə atdılar - "Allah bizi belə qohumlardan..." - VİDEO
- Azərbaycana qarşı "informasiya savaşı": kim, necə, niyə? - ARAŞDIRMA
- İctimai nəqliyyatın günümüzə qatdığı stress - Necə mübarizə aparmaq olar?
- Günün qoroskopu: Maliyyə fürsətləri yaranacaq
- Bakı bulvarında ata və balanın maraqlı RƏQSİ - VİDEO
XƏBƏR LENTİ
- Corc qardaşının hazırkı vəziyyətindən danışdı - FOTO
- Bakıda "Land Rover" yeniyetməni vuraraq öldürdü
- Sumqayıtda qaynı 33 yaşlı qadını bıçaqladı
- Bətnindəki körpənin cinsiyyəti qız olduğuna görə hamilə qadını döyərək uşağı tələf etdilər - VİDEO
- Millimiz autsayderlə üz-üzə
- “İranın əlində Amerika qanı var” - Harris
- Keçmiş həyat yoldaşı toya XANIMI İLƏ GƏLDİ - Afətin reaksiyası DİQQƏT ÇƏKDİ - FOTOlar
- Əgər övladınız oğlan gedib, qız qayıdırsa... - Tramp
- Azərbaycanın iki rayonunda evləri böcəklər basdı - FOTOlar
- Rodrini həmyerlisi əvəz edə bilər
- Nüvə dövlətindən İsrailə xəbərdarlıq: Bu, təhdiddir!
- ABŞ böyük qasırğaya hazırlaşır - Əhali təxliyə olunur
- Cokoviçdən çinli azarkeşlərə üzrxahlıq
- Markdan həyat yoldaşına unikal hədiyyə - FOTOlar
- “Narahat olma, qızın etibarlı əllərdədir...”
- Azərbaycanda məktəbli anasını 195 bıçaq zərbəsi ilə öldürüb - DETALLAR - FOTOlar
- Ermənistan Cənubi Koreyadan tank almaq istəyir
- Ten Haq "Mançester Yunayted"i tərk edib
- Gülşad Baxşıyeva arxiv FOTOlarını paylaşdı
- Doğma yurdumda yaşamaq mənim üçün fəxrdir - Rafiq Hüseynov
- 11 ildən sonra bir arada - FOTOlar
- Səbirsizliklə gözlədiyim günün gəlib çatdığına sevinirəm - Şuşa sakin
- Vatsapda daha bir - Yenilik
- Alsu və əri məhkəmədə razılığa gələ bilmədilər - VİDEO