Cəmiyyət

Bu günün hava proqnozu

24 Mart 2014 00:05
0 Şərh     Baxış: 2 104
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Martın 24-də Azərbaycan ərazisində hava şəraiti haqında məlumat

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə zəif duman olacağı gözlənilir.
Temperatur gecə 3-6°, gündüz 10-15° isti, Bakıda gecə 3-5°, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 768 millimetr civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.
 

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz olacaq. Temperaturun gecə 0-5°, gündüz 15-20° isti olacağı gözlənilir.
 

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin
olacaqdır. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.
 

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Temperatur gecə 0-5, gündüz 13-18° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba,
Xaçmaz, Qusar rayonlarında
hava, əsasən, yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 11-16° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.


Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava, əsasən, yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Temperaturun gecə 5-10°, gündüz 16-21° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava, əsasən, yağmursuz, səhər dağlarda duman olacağı gözlənilir. Havanın temperaturunun gecə 3-7°, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 8-13° isti olacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.