Cəmiyyət

Həftənin ilk günü Azərbaycanda hava necə olacaq?

23 Mart 2014 15:38
6 Şərh     Baxış: 2 580
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Sabah Azərbaycan ərazisində hava yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə zəif duman olacağı gözlənilir.

Havanın temperaturu gecə 3-6°, gündüz 10-15° isti olacaq.
 

Azərbaycan rayonlarında hava, əsasən, yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Havanıın temperaturunun gecə 0-5, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.