Cəmiyyət

Bakının dəli küləyi səngiyəcək

21 Mart 2014 12:18
2 Şərh     Baxış: 2 920
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Sabahdan Azərbaycanda yağıntılar tədricən kəsiləcək, Bakıda güclü külək axşama doğru mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında martın 22-də hava şəraitinin buludlu, arabir yağıntılı olacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi axşama dorğu mülayimləşəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 4-7, gündüz 7-10 dərəcə isti olacağı ehtimalı var.

Martın 22-də Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Yağıntının günün ikinci yarsısında tədricən kəsiləcəyi gözlənilir. Güclü qərb küləyi əsəcək.

Aran rayonlarında temperaturun gecə 5-9, gündüz 10-15, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.