Cəmiyyət

Paytaxtda biznesmen polisə düşməmək üçün çarə axtarır

27 Mart 2014 00:30
0 Şərh     Baxış: 1 606
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda biznesmeni satdığı bir əşya tez-tez polisə salır. Ələkbər adlı oxucu Milli.Az-a yazır ki, polisə düşməmək üçün hüquqi yardıma ehtiyacı var:

"Online satışla məşğulam və vizitka formasında olan bıçaq satıram. Bir neçə gün əvvəl Bakının polis bölmələrindən biri tərəfindən həmin əşyaya görə problem yaşamışam. Polisə dəvət etdilər, könülsüz olsa da, polisə getdim. Əlimdə olan məhsulları dəlil kimi verməyimi və ekspert rəyinin alınması üçün yarım saat gözləməyimi tələb etdilər. Ekspert cavabı gəldikdəın sonra məhsulları geri qaytardılar. Dedilər ki, hüquqi cəhətdən səhv iş tutmuram. Ancaq bilirəm ki, yenə də bu məhsullara görə polisə çağırıla bilərəm. Hansı əsaslı sənəd göstərməliyəm ki, polisə çağırılmayım?"

Hüquqşünas Müzəffər Baxış Milli.Az-a açıqlamasında bildirdi ki, hər bir malın sertifikatı olmalıdır. Nazirlər Kanbinetinin bununla bağlı qərarı var. Onun sözlərinə görə, əgər malın sertifikatı olarsa, polis ona toxuna bilməz.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.