Cəmiyyət

Azərbaycanda bayram günləri hava necə olacaq?

19 Mart 2014 12:30
0 Şərh     Baxış: 6 956
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Martın 23-dən sonra ölkə ərazisində mülayim hava şəraiti hökm sürməyə, havanın temperaturu yüksəlməyə başlayacaq

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva məlumat verib.

U.Tağıyeva deyib ki, əvvəlcədən xəbər verildiyi kimi, Novruz bayramının ilk günlərində- martın 20, 21, 22-də ölkə ərazisində hava küləkli olacaq.

Martın 20-də günorta saatlarında ölkə ərazisində cənub küləyi güclənəcək. Martın 21-dən martın 22-si axşamadək güclü şimal-qərb küləyi üstünlük təşkil edəcək.

Martın 20-də ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Martın 21-də günün ikinci yarısından başlayaraq, havanın yağıntılı olacağı ehtimal olunur. Martın 21-dən martın 22-ə keçən gecə və martın 22-də səhər saatlarında bəzi ərazilərdə hava şəraitinin yağıntılı olacağı istisna edilmir.

Martın 23-dən başlayaraq, hava şəraiti sabitləşəcək. Ölkə ərazisində əsasən yağmursuz, mülayim hava şəraiti hökm sürəcək. Martın 23-dən sonra havanın temperaturu yüksəlməyə başlayacaq.

U.Tağıyeva deyib ki, martın 20-də Bakıda və Abşeron yarımadasında gündüz saatlarında 12-17 dərəcə isti olacağı gözlənilir. Martın 21-də günün birinci yarısında 11-16, günün ikinci yarısında isə axşama doğru havanın temperaturu enməyə başlayacaq və 6-9 dərəcə isti olacaq.

Martın 22-də havanın temperaturu əvvəlki günlərlə müqayisədə enəcək. Bakıda gündüz saatlartında 6-10 dərəcə isti gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.