Cəmiyyət

Paytaxtda mülk davası: qadının qazı kəsildi - FOTO

19 Mart 2014 01:00
0 Şərh     Baxış: 1 274
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda tikinti aparan sahibkar qonşunun evini qazsız qoyub. Mətanət adlı oxucu bir neçə gün əvvəl gecə işdən evə qayıdanda qazın kəsildiyinin şahidi olub və problemi haqda Milli.Az-a yazıb:

"Səhər işə gedərkən isə gözünə boş torpaq sahəsi dəyən kimi operativ şəkildə zəbt edib satan qonşum Mirzənin növbəti torpaq sahəsində kirayə vermək üçün 5 mərtəbəli binanın bünövrəsinin qazılması üçün traktor işlətdiyinin şahidi oldum. Traktorçunun çox məharətli iş prosesinin nəticəsində evə gələn qaz boruları 3 yerdən sınaraq kənara qoyulub. Mirzə kişini axtarsam da, tapa bilmədim və 13 saylı polis məntəqəsinə getdim. Sağ olsunlar, çox hörmətlə qarşılayıb ərizə və izahatımı aldılar, 2 maşın əməliyyat qrupu ilə hadisə yerinə gəldik. Hadisə yerində şəkillər çəkildi və axşama qaz borularının bərpa olunacağına söz verildiyindən əməliyyat qrupunun icraçılarından icazə alıb işimə yola düşdüm. Yolda satılan 1 obyektin Mirzəyə aid olduğunu və satılması üçün elanda məhz onun əlaqə nömrəsinin olduğunu da əldə etdiyimdən ona zəng etdim. Qaz borularını bərpa etməyini tələb etdim.

Axşam işdən qonşuya zəng edib məlumat aldığımda şoka düşdüm, qaz borularını rezin şlanqlarla məftillə bağlayıb gediblərmiş. Bu dəfə 13-cü polis bölməsinə zəng edərək haqqımı tələb etdim, növbəti dəfə şoka düşdüm. Polis mənə o sahənin Mirzəyə aid olduğunu, qırılan boruların onun mulkiyyətində olduğunu söylədi. Bir neçə gündən sonra Mirzə kişi ilə mübahisə etməyim hesabına qaz borularını bərpa elətdirdim. Hörmətli icra hakimiyyəti məmurları, 2 sot torpaq sahəsində 5 mərtəbəli binanın tikintisinə icazə verərkən komunikasiya xətlərinin necə və hardan keçəcəklərini nəzərə almırlar? Bu 5 mərtəbəli binada yanğın baş verəcəyi halda, yanğınsöndürən maşının o evi hansı tərəfdən, necə söndürəcəyinə əhəmiyyət vermisinizmi? 13-cü polis bölməsinin əməkdaşları, evimə gələn qaz borularının bərpa edilməyini istəmişəm, buna haqqım yoxmu?"

Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsindən Milli.Az-a bildirildi ki, həmin tərəflər arasında mülk mübahisəsi var. Mirzə adlı şəxs Mətanəti torpağını zəbt etdiyini iddia edərək məhkəməyə verib. İş məhkəmə mübahisəsi olduğundan polisin araşdırması düzgün deyil.

Gülər
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.